İlon Maskın sərvəti 1,4 trilyon dollara çatdı | Banco.az

İlon Maskın sərvəti 1,4 trilyon dollara çatdı

Müəllif:mehin Qasımova,Banco.az

İlon Mask SpaceX-in səhm qiymətinin sürətlə artması ilə  sərvətini artmağa davam edir.

Banco.az xəbər verir ki, şirkətin bazar kapitallaşması Amazon və Microsoft-u üstələyərək Maskın sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdi.

Forbes jurnalının məlumatına görə, Maskın xalis sərvəti 1,4 trilyon dollar təşkil edib. Bu, əvvəlki ticarət gününün bağlanışı ilə müqayisədə 100 milyard dollardan çox artım deməkdir.

Google-ın qurucularından biri olan Larri Peyc dünyanın ikinci ən varlı insanıdır və sərvəti təxminən 300-314 milyard dollar civarında qiymətləndirilir.

Maskın sərvəti 1 trilyon dollar azalsa belə, bu, yenə də Peycin sərvətini və Nvidia-nın qurucusu Jensen Huang və Meta-nın baş direktoru Mark Zuckerbergin ümumi sərvətini üstələyəcək.