İlon Maskın "OpenAI"ı satın almaq üçün təklif verdiyi iddia edilir | Banco.az

İlon Maskın "OpenAI"ı satın almaq üçün təklif verdiyi iddia edilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikalı milyarder İlon Maskın “OpenAI” şirkətini almaq üçün təxminən 97,4 milyard dollar dəyərində təklif verdiyi iddia edilib.

Banco.az xəbər verir ki, İlon Maskın liderlik etdiyi investorlar qrupunun süni intellekt modeli ChatGPT-nin yaradıcısı "OpenAI" şirkətini satın almaq üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürdüyü iddia edilib.

“Wall Street Journal” qəzetinin Maskın vəkili Mark Toberoffun açıqlamalarına əsaslanan xəbərində bildirilir ki, Maskın rəhbərlik etdiyi investorlar "OpenAI"ın idarə heyətinə şirkəti satın almaq üçün təxminən 97,4 milyard dollarlıq təklif veriblər.

Xəbərdə həmçinin qeyd edilir ki, Mask "OpenAI"ın "bir zamanlar açıq mənbəli, təhlükəsizliyə yönəlmiş və ictimai maraqlara xidmət edən" vəziyyətinə geri dönməli olduğunu müdafiə edir və "bunun baş verməsini təmin etmək üçün çalışdıqlarını" bildirib.

Digər tərəfdən, "OpenAI"ın baş icraçı direktoru (CEO) Sam Altman X hesabında etdiyi paylaşımda bu iddialara cavab verərək, "Xeyr, təşəkkürlər, amma istəsəniz biz “Twitter”i 9,74 milyard dollara satın ala bilərik" ifadələrini işlədib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram