İlon Maskın izlədiyi Twitter səhifələri hansılardır? | Banco.az

İlon Maskın izlədiyi Twitter səhifələri hansılardır?

Son zamanlar haqqında müxtəlif şaiyələr yayılan və medianın hər zaman diqqət mərkəzində olan İlon Mask dünyanın ən çox izlədiyi insanlar arasında ilk sıralarda yer almaqdadır. Əslində bu heç də təsadüfi xarakter daşımır. Onun həyata keçirdiyi layihələr heç də hər kəsin bacaracağı və ya cəsarət edəcəyi işlər deyil. Maraqlıdır, İlon Mask bu qədər izləndiyi halda özü kimləri izləyir? Bu məqalədə İlon Maskın izlədiyi Twitter səhifələri haqda məlumat verəcəyik.

National Geographic-nin rəsmi səhifəsi. Yəqin ki, bu səhifə hər kəsə tanışdır. Burda dünyada və planetdə yaşayan heyvanlar və ümumilikdə canlı aləmi və ətraf mühit haqda maraqlı məlumatlar paylaşılır.

Yusaku Maezawa. Yaponiyalı milyarder, rəssam. Məhz bu şəxs Marsa gedəcək ilk turist ünvanı daşıyır.

Teslarati. Bu kanal ümumilikdə İlon Mask, Tesla və SpaceX-a həsr olunub.

MIT kanalı. Ən yeni kəşflər haqda məlumat almaq üçün gözəl seçimdir desək yanılmarıq.

InsideEVs. Texnologiyaya həsr olunmuş kanaldır və ümumilikdə texnologiya sferasında baş verən yeniliklərdən bəhs edir.

Vikipedia. Hamının istifadə etdiyi ən böyük məlumat platformalarından biridir.

World of Engineering. Texnologiya, mühəndisliyə aid bütün məlumatlar haqda bu kanaldan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

BBC Comedy. Bəzən hər kəs gülməyə ehtiyac duyar, eləcə də İlon Mask.

Ken Levin kanalı. Kompüter oyunlarının yaradıcısını yaxından izləyən şəxslərdən biri də İlon Maskdır.

Niche Gamer kanalı. Dünyadakı kompüter oyunları haqda bütün yeniliklər bu kanalda öz əksini tapmaqdadır.

Tosca Mask kanalı. İlon Mask bacısının kanalı.

Maye Mask kanalı. İlon Maskın anasının kanalı.

BBC Breaking News.  Ən son xəbərlərin yayımlandığı xəbər portalı.

GeekWire. ABŞ-nın ən böyük texnologiya dahiləri haqda xəbərlərin yer aldığı portal.

Bill Lee-nin kanalı. Silikon Vadisinin ən böyük yatırımçılarından biridir.

NASA's Jet Propulsion Laboratory. Söhbət kosmosdan gedirsə, Elon Maskı yaddan çıxarmaq olmaz.

Curiosity Rover. Kosmos haqda bir digər kanal. Elonun gələcək fəaliyyətini formalaşdırmaq üçün vacib kanallardan biridir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et