Səhər yeməyindən imtina edən, email və telefon zənglərinə cavab verməyən İlon Maskın gündəlik rejimi.
• İlon Mask vaxtının böyük hissəsini “SpaceX” və “Tesla” şirkətləri arasında bölür.
• O, hər iki şirkətin CEO-sudur.
• O, gününün hər bir dəqiqəsini planlaşdırır və bəzən yemək vaxtı da çalışır.
İlon Mask çox məşğul insandır.
“Tesla” və “SpaceX”ın təsisçisi iş həftəsini normalda hər iki şirkət arasında bölür, qəlyənaltını 5 dəqiqəyə edir və məhsuldarlıq naminə telefon zənglərinə cavab vermir.
Təəccüblü deyil ki, elektrik avtomobil istehsalına və marsa adam göndərməyə çalışan insanın gündəlik rejimi çox gərgindir. İlon Maskın gündəlik həyatından bəzi məqamları diqqətinizə çatdırırıq:
Mask günə səhər saat 7-də oyanmaqla başlayır. O, adətən 6 saat yatır.
Mask adətən səhər yeməyi yemir. Bəzən isə, kofe və omletlə kifayətlənir.
Bir şeyə isə hər zaman vaxt tapır. Bu, duş qəbul etməkdir. O, bir dəfə müsahibəsində duş qəbul etməyin onun gündəlik həyatının ən vacib hissəsi olduğunu demişdi.
O, həftə ərzində 85-100 saat çalışır və iş vaxtının 80%-ni mühəndislik və dizayn işlərinə ayırır.
Həftənin bazar ertəsi və cümə günlərini Los-Ancelesdə “SpaceX”da keçirir. Həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamlarını isə “Tesla”da keçirir. Hesablamalara görə, Mask “Tesla”da həftədə 42 saat və “SpaceX”da isə 40 saat çalışır. O, həmçinin həftədə bir günün yarısını süni intellekt sahəsində qeyri-kommersiya şirkəti olan “OpenAİ”də keçirir.
Həftəsonları isə bir qədər qarışıqdır. Bazar günləri ya səyahət edir, ya da evində keçirir. Şənbə gününü o, ya “SpaceX”da çalışır, ya da …
… və ya övladları ilə birlikdə keçirir. Uşaqları haqqında danışarkən o, deyib ki: “Maraqlısı budur ki, mən onlarla birlikdə olanda belə eyni zamanda çalışa bilirəm… Belə edə bilməsəm, işimi başa çatdıra bilmərəm”.
Eyni vaxtda müxtəlif işləri görə bilmək Maskın strategiyasının əsas parçasıdır.
İş vaxtı məhsuldarlılığını qorumaq üçün, Mask telefon zənglərinin çoxuna cavab vermir. O, həmçinin inbox-nu spamdan qorumaq üçün gizli email adresdən istifadə etməyə üstünlük verir.
O, qida qəbul etməyə çox vaxt ayırmır. Mask adətən qəlyanaltısını iclas keçirilən vaxtı 5 dəqiqəyə edir.
O, lazım olan kalorini günün sonunda bərpa edir. “Mən ən çox biznes naharlarında yeyirəm”, Mask bildirmişdi.
Mask fransız mətbəxini və viskini sevir.
Mask formada qalmaq üçün həftədə 1-2 dəfə idman zalına gedir.
Gün ərzində çox məşğul olmasına baxmayaraq, o, oxumağa kifayət qədər vaxt ayırır. Onun sevimli kitabları arasında klassik fantastika kitabı olan “Üzüklərin Hökmdarı”, Benjamin Franklin və Albert Eynşeytnlə bağlı olan bioqrafiyalar var.
Mask kitab qurdu olsa da, o, əylənməyi də bacarır. Mask axşam saat 1-dən sonra oyaq qalmır.
moneta.az