Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Maskın sosial media platforması “X” yeni maliyyələşdirmə mərhələsinə start verib.
Banco.az xəbər verir ki, İlon Maskın dövründə “X”in dəyərinin dəyişmədiyi müşahidə olunub.
“Bloomberg”in xəbərinə görə, şirkət yeni maliyyələşdirmə turuna çıxarkən dəyərinin 44 milyard dollar olduğu bildirilib. Mask 2022-ci ildə şirkəti satın aldıqda da dəyəri eyni səviyyədə idi.
“Bloomberg”ə danışan mənbələr maliyyələşdirmə prosesinin davam etdiyini və təfərrüatlarda dəyişiklik ola biləcəyini qeyd ediblər. Bu maliyyələşdirmə turu Maskın şirkəti satın almasından sonra həyata keçirilən ilk investisiya raundu kimi tanınır. Xəbərə görə, şirkətin son maliyyələşdirmə turundan geri çəkiləcəyi də ehtimal edilir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaxın siyasi müttəfiqi olan Maskın şirkətləri yeni Trump dövründə ciddi dəyər artımı yaşamışdı. “Tesla”nın səhmləri seçkilərdən bu yana 40% artarkən, “SpaceX” 350 milyard dollarlıq dəyərlə dünyanın ən böyük texnoloji startapı olub.
Son dövrlərdə Mask yeni maliyyələşdirmə raundlarına çıxması ilə diqqət çəkir. Onun süni intellekt startapı “xAI” da son həftələrdə dəyərini artıraraq yeni investisiyalar cəlb etməyə çalışır.
Mənbələr süni intellekt şirkətinin 75 milyard dollar dəyərlə maliyyələşmə turu üçün potensial investorlarla müzakirə apardığını, lakin şərtlərin hələ dəqiqləşmədiyini və dəyişə biləcəyini bildiriblər. “X” “xAI”də təxminən 6 milyard dollarlıq paya sahibdir.
Bizi sosial şəbəkələrdən izləyin!!