Tamara Mustafayeva, Banco.az
"Tesla"nın təsisçisi İlon Maska görə, Çin bir ildən artıqdır ki, mənzil bazarında hökm sürən durğunluğu əsk etdirən bir növ tənəzzüllə qarşı-qarşıyadır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, elektromobil istehsalçısı "Tesla"nın təsisçisi İlon Mask şirkətin üçüncü rüb maliyyə hesabatının açıqlanmasından sonra istehsal fəaliyyətlərinin həyata keçirildiyi Çindəki cari sifariş qəbulu tendensiyaları ilə bağlı ünvanlanan suala, "Çin əmlak sektoru başda olmaqla, bir növ tənəzzül yaşayır", deyə cavab verib.
Avropanın enerji qıtlığından qaynaqlanan tənəzzüllə üzləşməsinə baxmayaraq ABŞ-ın yaxşı vəziyyətdə olduğunu bildirən Mask FED-in faiz dərəcələrini lazımından çox artırdığını düşündüyünü və əvvəl-axır bunu başa düçəcəklərinə inandığını da əlavə edib.
Qeyd edək ki, Çin iqtisadiyyatı ikinci rübdə Şanxay da daxil olmaqla böyük şəhərlərdəki qapanmalarla demək olar ki, durğunlaşmışdı. Şanxayda aylarla davam edən karantin zamanı fabriklər, o cümlədən Tesla fabriki bir neçə həftəlik fəaliyyətini dayandırmalı olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!