Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask dünyanın ən varlı insanı ünvanını bərpa edib.
Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask “LVMH” lüks geyim qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq yenidən “dünyanın ən varlı insanı” titulunu qazanıb.
“Forbes” nəşrinin dünyanın ən varlı insanlarını ehtiva edən siyahısına əsasən, Maskın sərvəti dünən yerli vaxtla günorta saatlarında 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb. Sözügedən artım “Tesla” səhmlərinin 2,5 faizdən çox bahalaşması ilə əlaqədar olub.
“Louis Vuitton”, “Christian Dior” və “Tiffany” şirkətlərinin sahibi olan lüks geyim nəhəngi “LVMH”nin rəhbəri Bernard Arnonun sərvəti isə 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.
“Amazon”un təsisçisi və bir müddət dünyanın ən zəngin insanı olan Ceff Bezos da 151,9 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!