İlon Mask yenidən dünyanın ən varlı insanı olub | Banco.az

İlon Mask yenidən dünyanın ən varlı insanı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask yenidən “dünyanın ən varlı insanı” adını qazanıb.

Banco.az xəbər verir ki, elektromobil istehsalçısı “Tesla”nın səhmlərinin il ərzində təxminən 70 faiz bahalaşması ilə milyarder İlon Maskın da sərvəti artıb.

Belə ki, “Tesla”nın səhmləri Nyu-York birjasında 5,5 faiz dəyər qazanaraq 207,63 dollar olub.

Bloomberg Milyarderlər İndeksinə görə, bununla da, Maskın sərvəti 187,1 milyard dollara çatıb və o, dünyanın ən böyük lüks brendlər qrupu olan “LVMH”nin sahibi 73 yaşlı fransız Bernard Arnonu geridə qoyaraq yenidən dünyanın ən varlı insanı olub. Arnonun isə sərvəti hazırda 185,3 milyard dollar olaraq qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 51 yaşlı Maskın sərvəti 200 milyard dollar əriyərək ilin əvvəlində 137 milyard dollara qədər azalmışdı ki, bu da onu indiyədək bu məbləğdə sərvət itkisi verən ilk şəxsə çevirirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et