İlon Mask "Twitter"in rəhbərliyindən istefa verəcəyini açıqlayıb | Banco.az

İlon Mask "Twitter"in rəhbərliyindən istefa verəcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter” şirkətinin CEO-su vəzifəsindən istefa verəcəyini elan edib.

Banco.az xəbər verir ki, tanınmış milyarder İlon Mask rəsmi “Twitter” hesabında məsələ ilə bağlı yeni açıqlama yayımlayıb.

"Bu işi öhdəsinə götürəcək qədər axmaq birini tapan kimi CEO vəzifəsindən istefa verəcəyəm! Bundan sonra yalnız proqram təminatı və server komandalarının idarəsi ilə məşğul olmağı düşünürəm.”

Xatırladaq ki, Mask bazar günü “Twitter”in baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu başlatmış və nəticəni qəbul edəcəyini söyləmişdi. 17 milyon 500 mindən çox insanın səs verdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 ​​faizi Maskın vəzifədən getməsini, 42,5 faizi isə davam etməsini istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et