İlon Mask "Twitter"in loqosunu dəyişdi | Banco.az

İlon Mask "Twitter"in loqosunu dəyişdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in rəhbəri İlon Mask platformanın veb versiyasındakı mavi quş loqotipini dogecoin kriptovalyutasının şəkli ilə əvəz edib.

Banco.az xəbər verir ki, sosial media platforması “Twitter”i satın alaraq CEO kreslosuna əyləşən İlon Mask indi də platformada etdiyi loqotip dəyişikliyi ilə gündəm olub.

Şirkət hələ də “Twitter” loqotipindəki dəyişikliklə bağlı rəsmi açıqlama verməsə də, Mask dogecoin-in maskotu olan Şiba itinin yer aldığı tvit yayımlayıb. Maskın paylaşdığı bu tvitdə Şiba sürücülük vəsiqəsindəki mavi quş şəklinə "O, köhnə şəkildir", deyə polis məmuruna izahat verir.

Image

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dəyişiklikdən sonra dogecoin kriptovalyutasının qiyməti də 30 faizdən çox bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et