İlon Mask "Twitter"in İdarə Heyətini ləğv edib | Banco.az

İlon Mask "Twitter"in İdarə Heyətini ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter”in yeganə rəhbəri olub.

Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin CEO-su İlon Mask ötən həftə satın aldığı “Twitter”in İdarə Heyətini ləğv edərək özünü “yeganə rəhbər”ə çevirib.

“Twitter” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) şirkətin yeganə direktorunun İlon Mask olduğunu bildirib.

İşdən çıxarılan yüksək səviyyəli rəhbərlər arasında şirkətin CEO-su Paraq Aqraval, Baş Maliyyə Direktoru Ned Seqa və İdarə Heyətinin keçmiş sədri Bret Taylor var. 

Qeyd edək ki, sözügedən xəbərin ardınca rəsmi “Twitter” səhifəsindən açıqlama verən Mask şirkətin yeganə direktoru olmasının müvəqqəti xarakter daşıdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram