İlon Mask "Twitter"in baş direktoru vəzifəsindən istefa verib | Banco.az

İlon Mask "Twitter"in baş direktoru vəzifəsindən istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in baş direktoru (CEO) İlon Mask şirkət üçün yeni baş direktor işə götürdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, Mask bu barədə şəxsi “Twitter” hesabından məlumat verib.

O, şirkətə yeni CEO təyin etdiyi üçün çox həyəcanlı olduğunu və yeni rəhbərin təxminən 6 həftə sonra vəzifəsinin icrasına başlayacağını bildirib. Ancaq həmin şəxsin adını açıqlamasa da, sözlərindən onun qadın rəhbər olacağı bəlli olub.

Yeni CEO işə başladıqdan sonra öz vəzifəsinin aqibəti ilə bağlı məqama da aydınlıq gətirən İlon Mask həmin tarixdən sonra İdarə Heyətinin Sədri və Baş Texnologiya Direktoru (CTO) kimi məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edəcəyini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et