Müəllif - Aida İsaq, Banco.az
“Twitter”in rəhbəri İlon Mask müvafiq sosial şəbəkədəki profilini müvəqqəti olaraq bağlayıb.
Banco.az xəbər verir ki, o, bu barədə açıqlama verərək bunu təcrübə məqsədi ilə etdiyini bildirib. Məlumata görə, aktiv şəkildə müvafiq platformanın istifadəçisi olan sahibkar öz şəxsi səhifəsindəki paylaşımların digər ictimai səhifələr ilə müqayisədə nə dərəcədə daha tez oxunduğunu yoxlamağa cəhd edib.
Qeyd olunur ki, İlon Mask bununla tövsiyə alqoritmlərini sınaqdan keçirmək qərarına gəlib. Ancaq maraqlı məqamlardan biri də odur ki, iş adamının hesabını izləməyən istifadəçilər onun yazılarını görə bilmir.
Bizi sosial şəbəkələrdən izləyin!!