İlon Mask Trampın kampaniyasına ianə verməsini inkar edib | Banco.az

İlon Mask Trampın kampaniyasına ianə verməsini inkar edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən “Amerika PAC” adlı yeni siyasi fəaliyyət komitəsinə ianə verməsi ilə bağlı iddiaları rədd edib.

Banco.az xəbər verir ki, Mask psixoloq Cordan Petersonla müsahibəsində mediada işıqlandırılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

İlon Mask məsələ ilə bağlı "X" sosial media hesabında yazıb.

O, Trampın prezidentlik kampaniyasına ianə verdiyini, lakin onun ianələrinin “çox cüzi” olduğunu qeyd edib.

Xatırladaq ki, Wall Street Journal (WSJ) qəzeti ötən həftə Maskın Trampı dəstəkləyən siyasi fəaliyyət komitələrindən biri olan "America PAC"a ayda təxminən 45 milyon dollar ianə etməyi planlaşdırdığını iddia etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Maskın sözügedən WSJ xəbərləri ilə bağlı yumoristik paylaşımı izləyiciləri tərəfindən “xəbəri inkar etmək” kimi şərh edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et