Müəllif:Ayşən İmanova/Banco.az
“Tesla”nın sədri Robin Denholm şirkətin səhmdarlarını İlon Maskın 56 milyard dollarlıq təzminat paketini təsdiqləməyə çağırıb, əks halda şirkətin qurucusu İlon Mask “Tesla”dan ayrıla bilər.
Banco.az xəbər verir ki, səhmdarlar Maskı baş icraçı direktor olaraq saxlamaq üçün əhəmiyyətli bir məbləği yığmaq və ya iyunun 13-də onu itirmək riski arasında seçim etməli olacaqlar.
Müraciətində Denholm Maskın xüsusən də onun süni intellektin və pilotsuz avtomobillərin inkişafına verdiyi töhfələr fonunda lider kimi unikal keyfiyyətlərini və onun "Tesla"nın gələcək inkişafı üçün əhəmiyyətini qeyd edib.
O, təzminat paketi ödənilmədiyi təqdirdə İlon Maskın motivasiyasını itirə və başqa yerə gedə biləcəyini bildirib. Səhmdarlar mükafat ödəməyə razılaşsalar, bu Maskı müasir tarixdə ən yüksək maaş alan rəhbər edəcək.
Sədr qeyd edib ki, 56 milyard dollarlıq səsvermə pulla bağlı deyil. Onun sözlərinə görə, İlon Mask artıq planetin ən zəngin insanlarından biridir və "Tesla" mükafat ödəməsə belə, bu belə olaraq qalacaq.
Qeyd edək ki, bu, Maskın təzminat tələbi ilə bağlı ikinci səsvermə olacaq. Belə ki, Delaver ştatının məhkəmə hakimi təsdiqləmə prosesinin qüsurlu olduğu səbəbiylə birinci təzminat tələbini rədd etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!