İlon Mask “Tesla”da yeni ixtisar dalğası başlatdı | Banco.az

İlon Mask “Tesla”da yeni ixtisar dalğası başlatdı

Müəllif:Ayşən İmanova/Banco.az

“Tesla” yüksək səviyyəli rəhbərlər və “Supercharger” layihəsində cavabdeh olan komandanın yüzlərlə əməkdaşını ixtisar edir.

Banco.az xəbər verir ki, işdən çıxarılanlar arasında “Supercharger” qrupunun baş direktoru Rebekka Tinucci və yeni avtomobil proqramının rəhbəri Daniel Ho da var. Əlavə olaraq, Rohan Patelin başçılıq etdiyi “Tesla”nın ictimai siyasət komandası da ləğv ediləcək.
 
İlon Mask işçilərə göndərdiyi elektron məktubda “Supercharger” layihəsində çalışan 500 nəfər də daxil olmaqla, bu idarəçilərlə işləyən hər kəsi işdən çıxaracağını bildirib.

Bundan əlavə, Mask, şirkətin işçilərin ixtisarında  "tamamilə sərt" olacağını söyləyib və qeyd edib ki “mükəmməllik, zərurət və etibarlılıq” sınağından açıq şəkildə keçə bilməyən menecerlərin tabeliyində işləyən işçilər tutduqları vəzifədən azad olunacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, cari il “Tesla” tarixində ən çətin illərdən biri ola bilər. Əsas istedadların itirilməsi biznesə mənfi təsir göstərəcəyi ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et