Tamara Mustafayeva, Banco.az
İlon Mask 1 milyard dollar dəyərindəki "Tesla" səhmlərini satıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkətinin CEO-su milyarder iş adamı İlon Mask bir neçə günlük fasilədən sonra yenidən səhm satışına başlayıb.
O, dünən edilən açıqlamaya görə, 1.05 milyard dollar dəyəri olan 934 min 91 ədəd səhm satışı həyata keçirib. Bununla da, daha əvvəl elan etdiyi şirkətdəki səhmlərinin 10%-ni satacağına dair öhdəliyin yarısından çoxunu reallaşdırıb.
Bununla yanaşı, milyarder iş adamı 2,15 milyon ədəd səhm opsionunu da birjada əməliyyata açıb ki, yuxarıda qeyd edilən səhm satışı bu əməliyyatdan qaynaqlanan vergilərin bağlanmasına xidmət edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!