İlon Mask "Tesla"da satışları artırmaq üçün ənənəvi reklamlara müraciət edəcək | Banco.az

İlon Mask "Tesla"da satışları artırmaq üçün ənənəvi reklamlara müraciət edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Tesla"nın baş direktoru İlon Mask elektromobil istehsalçısı üçün reklamlardan istifadə edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, avtomobil satışlarını artırmaq üçün indiyədək ənənəvi reklamlara üstünlük verməyən milyarder iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində keçirilən şirkət səhmdarlarının illik iclasında məsələ ilə bağlı düşüncələrinin dəyişməsindən bəhs edib.

"Deyəsən reklamçılığın əla olduğunu deməli olacam. Bir az reklamlara müraciət edərək vəziyyətin necə gedəcəyinə baxacağıq", o deyib.

Xatırladaq ki, 2019-cu ildə şəxsi "Twitter" hesabında etdiyi paylaşımda "reklama nifrət etdiyini" və reklam üçün xərclənən pulu daha yaxşı məhsullar ərsəyə gətirmək üçün xərlədiklərini vurğulayan Mask illərdir reklam ideyasına müqavimət göstərirdi.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər Maskın yeni qərarını artan rəqabət və zəifləyən iqtisadiyyatın "Tesla" qiymətlərini aşağı salmağa məcbur etdiyi bir vaxtda satışları artırmaq cəhdi kimi qiymətləndirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et