İlon Mask "Tesla" səhmlərini satmağa davam edir | Banco.az

İlon Mask "Tesla" səhmlərini satmağa davam edir

Tamara Mustafayeva, Banco.az

İlon Mask "Tesla"da səhm satışını davam etdirir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, elektromobil istehsalçısı "Tesla"nın CEO-su İlon Mask 930 milyon dollarlıq səhm satışına imza atıb. Bununla da, Maskın "Tesla"da səhm satışı ümumilikdə 8 milyard dollara yaxınlaşıb.

Hazırda dünyanın ən varlı insanı olan İlon Mask səhm opsionlarını birjada ticarətə açaraq daha çox səhm satışı həyata keçirib ki, bu da öz növbəsində, şirkət səhmlərində ötən ilin mart ayından bəri müşahidə olunan ən böyük ucuzlaşma dinamikasına səbəb olub.

Xatırladaq ki, Mask "Tesla"dakı payının 10%-ni satıb-satmamaqla bağlı rəsmi "Twitter" səhifəsində təşkil etdiyi anket sorğusunun nəticəsinə görə ötən həftə 6.9 milyard dollarlıq səhm satışı həyata keçirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram