İlon Mask süni intellekt şirkəti təsis edib | Banco.az

İlon Mask süni intellekt şirkəti təsis edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask yeni süni intellekt şirkəti “xAI”nin fəaliyyətini başladıb.

Banco.az xəbər verir ki, şirkətin saytında dərc olunan açıqlamada qeyd olunub ki, “xAI”nin məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır.

Açıqlamada bildirilib ki, İlon Maskın rəhbərlik etdiyi “xAI” komandasının üzvləri əvvəllər “DeepMind”, “OpenAI”, “Google Research”, “Microsoft Research”, “Tesla” kimi layihələrdə və Toronto Universitetində çalışıblar.

“xAI”nin “X Corp”dan müstəqil bir şirkət olduğu vurğulanaraq qeyd olunub ki, bununla belə, şirkət missiyasına doğru irəliləyiş əldə etmək üçün X (Twitter), “Tesla” və digər şirkətlərlə sıx əməkdaşlıq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et