İlon Mask siyasi xərclərini azaldacaq | Banco.az

İlon Mask siyasi xərclərini azaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask gələcəkdə siyasi xərclərini əhəmiyyətli dərəcədə azaldacağını bildirib.

Banco.az xəbər verir ki, İlon Mask indiyə qədər kifayət qədər iş gördüyünü və gələcəkdə daha az iş görəcəyini bildirib.

Mask gələcəkdə siyasi xərclərini əhəmiyyətli dərəcədə azaldacağını söyləyib. Bu açıqlama 2026-cı il ara seçkiləri öncəsində ABŞ Prezidenti Donald Tramp və Respublikaçılar üçün mümkün bir zərbə kimi qiymətləndirilir.

Bu gün Qətər İqtisadi Forumu çərçivəsində keçirilən paneldə çıxış edən Mask, “Gələcəkdə çox daha az şey edəcəyəm,” deyə bildirib.

Bu yanaşma dəyişikliyinin səbəbi soruşulduqda isə Mask, “Kifayət qədər iş gördüyümü düşünürəm,” cavabını verib.

Federal işçi qüvvəsinin azaldılması məqsədilə yaradılmış Hökumət Səmərəliliyi Departamentinin rəhbəri olan milyarder iş adamı Mask 2024 prezident seçki kampaniyasının ən böyük siyasi donorlarından biri olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram