İlon Mask qlobal iqtisadiyyat üçün proqnozunu açıqlayıb | Banco.az

İlon Mask qlobal iqtisadiyyat üçün proqnozunu açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Qlobal iqtisadi vəziyyətin ürəkaçan senarilər vəd etmədiyini proqnozlaşdıranlar sırasına İlon Mask da qoşulub.

Banco.az xəbər verir ki,  iş adamı öz şirkəti və bütövlükdə qlobal iqtisadiyyat üçün çətin bir il olacağının gözlənildiyini bildirib. Onun sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcələrini artırması bütün dünyada bir çox şirkətin müflisləşməsinə gətirib çıxara bilər. 

Biznesmen “Tesla”nın qlobal iqtisadi problemlərin təsirindən sığortalandığını bildirib. Bundan başqa, İlon Mask ənənəvi reklama qarşı mənfi münasibətinin olmasına baxmayaraq “Tesla”nın tarixində ilk dəfə olaraq öz elektrikli avtomobillərini reklam edəcəyini açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, aprel ayında “Tesla” birinci rübdə 2,51 milyard dollar mənfəət və 22,33 milyard dollar gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram