İlon Mask nikel mədəninə sərmayə yatırdı | Banco.az

İlon Mask nikel mədəninə sərmayə yatırdı

Tamara Mustafayeva, Banco.az

Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask nikel mədəninə şərik olub. Məlum olduğu kimi, nikel elektromobil istehsalı ilə məşğul olan şirkətlərin əsas ehtiyac duyduqları xam maddələrdən biridir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İlon Mask ötən ay rəsmi Twitter səhifəsində, "Nikel lityum-ion batareya elementi istehsalı üzrə əsas narahatlığımızdır", deyə bildirmişdi.

Odur ki, Tesla şirkəti uzun vədədə xam maddə problemi yaşamamaq üçün Yeni Kaledoniya adasındakı Goro firması ilə alqı-satqı və şəriklik müqaviləsi imzalayıb. Yaxın illərdə nikel əldə etməyin çətinləşəcəyinə dair proqnozlar şirkətin belə bir addım atmasına təsir göstərib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et