İlon Mask milyarderlər siyahısında gerilədi | Banco.az

İlon Mask milyarderlər siyahısında gerilədi

Tamara Mustafayeva, Banco.az

Tesla şirkətinin sahibi İlon Mask "Blomberg Milyarderlər İndeksi"ndə bir pillə geriləyərək üçüncü olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar ertəsi günü tanınmış milyarder İlon Mask Tesla səhmlərinin 2%-dən çox dəyər itirməsinin ardınca "dünyanın ikinci ən varlı insanı" titulunu itirib. LVMH-nin sahibi Bernard Arnault isə Maskı geridə qoymaqla dünyanın ikinci ən varlı insanı olub.

Qeyd edək ki, İlon Maskın sərvəti bu ilin yanvar ayından bəri 24%, yəni 9.1 milyard dollar geriləyərək 160.6 milyard dollara düşüb. Blomberg tərəfindən təqdim edilən məlumata görə, bu göstərici ABŞ-lı milyarderlər arasında qeydə alınan ən böyük geriləmədir.

Çin və Asiyanın digər bölgələrində satışların artması səbəbindən isə Bernard Arnaultun sərvəti 47 milyard dollar artım göstərərək 161.2 milyard dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et