İlon Mask Marsa bir milyona yaxın insan göndərməyi planlaşdırır | Banco.az

İlon Mask Marsa bir milyona yaxın insan göndərməyi planlaşdırır

Müəllif:Ayşən İmanova /Banco.az

Amerikalı milyarder İlon Mask planeti uğurla koloniyalaşdırmaq üçün Marsa 1 milyona yaxın insan göndərmək niyyətindədir.

Banco.az xəbər verir ki, o, bu barədə SpaceX-də keçirilən tədbir zamanı danışıb.

Onun sözlərinə görə, şirkət gələn il kosmik yanacaq doldurma - yanacağın bir gəmidən digərinə ötürülməsi sistemini tətbiq etməyi planlaşdırır. Marsa uçuş zamanı ən azı 5-6 belə yanacaq doldurulması tələb olunacaq.

Mask hesab edir ki, insanlar başqa planetlərdə məskunlaşmalıdırlar, çünki bir neçə ildən sonra yer kürəsində həyat olmayacaq.

Bundan əlavə, SpaceX-in diqqətini “Starship 3” gəmisinin yaradılmasına yönəldəcəcəyi bildirilir, çünki Marsı fəth etmək üçün yüzlərlə belə gəmi lazım olacaq.

Qeyd edək ki, Mask missiyanın vaxtını açıqlamayıb. Bundan əvvəl SpaceX-in yaradıcısı  bildirmişdi ki, Yer kürəsinin əhalisi kosmosu tədqiq etməli və başqa planetlərdə məskunlaşmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram