İlon Mask, Mark Zukerberq yoxsa siz daha çox kofe içirsiniz? | Banco.az

İlon Mask, Mark Zukerberq yoxsa siz daha çox kofe içirsiniz?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müasir dövrdə insanların əksəriyyəti yeni günə bir fincan kofe içərək başlamağı vərdişə çevirib. Kofe həm əlçatanlığına, həm də çoxsaylı faydalarına görə həyatımızda mühüm rol oynayır desək, yanılmarıq. Bəzən yorucu, uzun iş gününün stresini azaltmaq, bəzən isə dostlarla sosiallaşmaq üçün bu içki növünə müraciət edirik. 

Ancaq məlumdur ki, hər bir şeydə olduğu kimi, kofe istehlakında da normadan kənara çıxmaq tövsiyə olunmur. Bəs dünya şöhrətli insanlar gün ərzində neçə fincan kofe içməyə üstünlük verirlər? Əgər İlon Mask, Mark Zukerberq və ya başqalarının sizdən daha çox ya da daha az kofe içdiyini öyrənmək istəyirsinizsə, banco.az-ın bugünkü məqaləsini mütləq oxuyun.

1. İlon Mask

"Tesla" və "SpaceX"in təsisçisi İlon Maskın olduqca gərgin iş rejimi olduğunu, yəqin ki, hər kəs təsəvvür edir. Ancaq o, gün ərzində təkcə 2 fincan kofe içir. İlon Mask gün ərzində coca-cola kimi yüksək kofeinli qazlı içkilərdən həddindən artıq istifadə etdiyindən 2 fincan kofenin onun üçün kifayət etdiyini bildirir.

    2. Devid Linç

Tanınmış Amerikalı aktyor və prodüser Devid Linç (David Lynch) yeni bir layihə üzərində işlədiyi gərgin vaxtlarda gün ərzində 7 fincan kofe içə bilir. Kofesini şəkərli içən Devid Linç nahardan sonra bir ədəd şokolad və şəkərli 6-7 fincan qəhvə içdiyini və beləliklə də, daha məhsuldar olduğunu söyləyir.

   3. Riçard Branson

"Virgin" şirkətlər qrupunun təsisçisi Riçard Branson (Richard Branson) isə çay aludəçisidir. O, gün ərzində 20 fincan çay içir. Branson səhər çox erkən – saat 5:30–da qalxıb sörfinqlə məşğul olduğu üçün günün geri qalan hissəsini başa vurmaq üçün 20 fincan çaya ehtiyacı olduğunu deyir.

   4. Lüdviq van Bethoven

Dahi alman bəstəkarı Bethoven (Ludwig van Beethoven) çox sevdiyi şeylərlə bağlı olduqca həssas idi. O, içdiyi hər fincan kofedə məhz 60 qəhvə dənəciyinin olmasına xüsusi diqqət yetirirdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Klassik musiqiyə qulaq asmağın BİLMƏDİYİNİZ 5 faydası

   5. Teodor Ruzvelt

Amerika Birləşmiş Ştatlarının 26–cı prezidenti Teodor Ruzvelt (Theodore Roosevelt) gün ərzində 5 qaşıq şəkər tozu əlavə edilmiş təqribən 3.8 litr kofe içirdi.

   6. Mark Zukerberq

"Meta" şirkətinin həmtəsisçisi Zukerberq heç kofe içmir. Hətta 2010–cu ildə yüksək kofeinli saqqız istehsalçısı bir şirkətdən aldığı təklifi “Təəssüflər olsun ki, mən kofein sevmirəm”, deyə cavablandırmışdır.

   7. Hovard Şultz

Söhbət kofedən gedirsə, məşhur qəhvə restoranları şəbəkəsi “Starbucks”ın keçmiş CEO–su Hovard Şultzun kofe vərdişindən danışmamaq olmaz. O, səhər saat 5–5:30 aralığında oyanır və günə bir fincan qəhvə ilə başlayır. Espresso makiyato və İndoneziya kofelərinə üstünlük verən Şultz gün ərzində 8 fincan qəhvə içir.

Həmçinin oxu: Qəhvə haqqında hər şey - Ən bahalısı, İstehsal prosesi, Faydaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et