İlon Mask İranda da "Starlink" peyk internetini işə salıb | Banco.az

İlon Mask İranda da "Starlink" peyk internetini işə salıb

Tamara Mustafayeva, Banco.az

ABŞ tərəfindən iranlılara təklif olunan internet xidmətlərinin genişləndirilməsinə icazə verən ümumi lisenziya verildikdən sonra İlon Mask peyk internet sistemi olan "Starlink"i bu ölkədə də işə salıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, etirazların davam etdiyi İranda ABŞ-ın iranlılara təklif etdiyi internet xidmətlərinin əhatəsini genişləndirməyə imkan verən addımdan sonra Mask tərəfindən də yeni bir addım atılıb.

Belə ki, ABŞ-ın dövlət katibi Antoni Blinkenin "Twitter"dəki mövzu ilə bağlı paylaşımına Mask, “"Starlink"i hərəkətə gətiririk”, deyə cavab verib.

Xatırladaq ki, "Starlink" İlon Maskın kosmik şirkəti "SpaceX" tərəfindən dünyanın yaxşı xidmət göstərilməyən yerlərində internetə çıxışı asanlaşdırmaq üçün yaradılan peyk sistemidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et