Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask ABŞ prezidenti Donald Trampın rəsmi müşaviri kimi müddətinin başa çatdığını açıqlayıb.
Banco.az xəbər verir ki, İlon Mask sosial media platforması X vasitəsilə verdiyi açıqlamada belə deyib:
“Özəl hökumət nümayəndəsi kimi nəzərdə tutulmuş vəzifə müddətim başa çatarkən israfı azaltmaq imkanı verdiyi üçün Prezident Donald Trampa təşəkkür edirəm.”
O, rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamentinə (DOGE) dair isə belə bildirib:
“DOGE-nin missiyası zamanla daha da güclənəcək və hökumət daxilində bir həyat tərzinə çevriləcək.”
Maskın istefası Prezident Trampın imzaladığı və böyük xərc artımlarını nəzərdə tutan büdcə və vergi endirimi qanununa dair fikir ayrılığından sonra baş verib.
CBS kanalına verdiyi müsahibədə Mask məsələyə belə münasibət bildirib:
“Açıq danışmaq lazımdırsa, büdcə kəsirini azaltmaq əvəzinə onu artıran bu nəhəng xərcləmə qanununu görmək məni məyus etdi. Bu qanun DOGE komandasının apardığı işləri səmərəsiz edir.”
Bizi sosial şəbəkələrdən izləyin!!