Müəllif - Aida İsaq, Banco.az
İlon Mask gələcəkdə “Tesla” üçün rəqib ola biləcək şirkətlərlə bağlı açıqlama verib.
Banco.az xəbər verir ki, milyarder yalnız Çin şirkətlərinin gələcəkdə “Tesla”nı izləyə biləcəyini qeyd edib. O, çinlilərin çalışqan və ağıllı olduğunu bildirib. Ancaq iş adamı konkret olaraq şirkət adı çəkməyib. Milyarderin sözlərinə görə, “Tesla” çinli yüksək səviyyəli mütəxəssisləri şirkətə cəlb etməyi davam etdirir.
Qeyd edək ki, “Tesla”nın ən böyük elektrik avtomobil fabriki Çində yerləşir. Müəssisə ildə 750 minə yaxın avtomobil istehsal etmək gücündədir.
Bizi sosial şəbəkələrdən izləyin!!