İlon Mask daha bir kriptovalyutanın bahalaşmasına səbəb oldu | Banco.az

İlon Mask daha bir kriptovalyutanın bahalaşmasına səbəb oldu

Tamara Mustafayeva, Banco.az

Kriptovalyuta bazarının mənzərəsi İlon Maskın yazdığı tvitlərlə formalaşmağa davam edir. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu dəfə də Maskın rəsmi Twitter səhifəsindən yazdığı bir tvit "MarsCoin" adlı kriptovalyutanın qısa müddət ərzində dəyər qazanmasına səbəb olub. 

Belə ki, kriptovalyuta birjası "Binance"ın CEO-su Changpeng Zhao tərəfindən özünə məxsus kriptovalyuta buraxacağına dair yazılan tvitə cavab verən Mask, "Şübhəsiz ki, MarsCoin olacaq", deyə bildirib. Onun bu cavabı qısa müddət ərzində hazırda mövcud olan "MarsCoin" adlı kriptovalyutanın bahalaşmasına gətirib çıxarıb.

"MarsCoin" bu tvitdən sonra 2.5 dollara yüksəlib ki, əvvəlki qiyməti 0.7 dollar təşkil edirdi. Ancaq bir müddət sonra kriptovalyutanın qiyməti yenidən geriləyək 0.5 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mask yaxın günlərdə WhatsApp platformasına alternativ kimi insanlara Signal istifadə etməyi tövsiyə edən tvit yazmış, nəticədə sərmayəçilərin yanlış şirkətə - "Signal Advances" şirkətinin səhmlərinə yönəlməsinə səbəb olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et