İlon Mask çip böhranı ilə bağlı açıqlama etdi | Banco.az

İlon Mask çip böhranı ilə bağlı açıqlama etdi

Tamara Mustafayeva, Banco.az

Qlobal çip böhranının davam etdiyi bir vaxtda "Tesla" şirkətinin CEO-su İlon Mask böyük marağa səbəb olan açıqlamalar edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İtaliya Texnologiya Həftəsi çərçivəsində "Stellantis" şirkətinin İdarə Heyətinin Sədri Con Elxanın çıxış etdiyi onlayn söhbətə qoşulan Mask hazırda inşası davam edən çip istehsalı zavodlarının qlobal böhranı yaxın gələcəkdə başa çatdıracağını söyləyib. 

"Hazırda bir çox zavodun inşası davam etməkdədir. Gələn il çip tədarükü üzrə yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm.", deyə o bildirib. Milyarder iş adamının hansı çip istehsalçılarından bəhs etdiyi isə bəlli olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, cari çip böhranı ilə bağlı müxtəlif araşdırma şirkətləri hər dəfə daha məyusedici hesabatlar yayımlayırlar. Belə ki, son hesablamalara görə, sözügedən böhran avtomobil istehsalçılarını ilin sonuna qədər 210 milyard dollar həcmində gəlir itkisi ilə üz-üzə qoyacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et