İlon Mask Çinə gözlənilməz səfər edib | Banco.az

İlon Mask Çinə gözlənilməz səfər edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı sahibkar və milyarder İlon Mask özü idarə olunan avtomobillərlə bağlı məsələləri müzakirə etmək üçün Çinə səfər edib.

Banco.az xəbər verir ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.

Qeyd edək ki, Elon Musk planetin ən zəngin üç adamından biri hesab edilir. Yazda Teslanın səhmləri 7% ucuzlaşdıqdan sonra onun sərvəti 198 milyard dollar olaraq qiymətləndirilmişdi. Sahibkar Amazon-un qurucusu Ceff Bezosdan sonra ikinci yeri tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et