İlon Mask ChatGPT-yə rəqib yeni platforma yaradacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İlon Mask ChatGPT-yə rəqib yeni platforma yaradacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın ChatGPT-yə rəqib olacaq yeni vasitəsi: TruthGPT

Banco.az xəbər verir ki, tanınmış milyarder İlon Mask “Microsoft” və “Google” tərəfindən hazırlanmış süni intellekt platformalarına meydan oxumaq üçün “TruthGPT” adlı süni intellekt platformasını işə salacağını açıqlayıb.

“Tesla”, “SpaceX” və “Twitter”in Baş direktoru İlon Mask bu barədə bazar ertəsi Fox News kanalından Taker Karlsonla müsahibəsində danışıb.

“ChatGPT”nin yaradıcısı “OpenAI”ni tənqid edən Mask “OpenAI”nin kommersiya təşkilatı olan “Microsoft” ilə sıx ittifaqda olduğunu söyləyib. O, həmçinin “Google”un həmtəsisçisi Larri Peyci süni intellekt təhlükəsizliyini ciddi qəbul etməməkdə günahlandırıb.

Müsahibədə "TruthGPT" adlandırdığı platformanın kainatın təbiətini anlamağa çalışacağını və "maksimum həqiqəti axtaracağını" ifadə edən milyarder iş adamı, “Gec başlasam da, üçüncü variant yaratmağa çalışacağam”, deyə əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram