İlon Mask cəmi 48 saat sonra dünyanın ən varlı insanı titulunu itirib | Banco.az

İlon Mask cəmi 48 saat sonra dünyanın ən varlı insanı titulunu itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask yenidən dünyanın ən varlı insanı titulunu əlindən verib.

Banco.az xəbər verir ki, Maskın xalis sərvəti gün ərzində 1,91 milyard dollar azalaraq 184 milyard dollara düşüb və fransız iş adamı Bernard Arnodan sonra ikinci pilləyə geriləyib.

Bir gün əvvəl “Fortune” nəşri “Tesla” şirkətinin səhmlərindəki sürətli bahalaşmadan sonra İlon Maskın moda nəhəngi “LVMH”nin qurucusu Bernard Arnonu geridə qoyaraq yenidən dünyanın ən varlı insanına çevrildiyini açıqlamışdı.

Ancaq daha sonra Maskın sərvətinin böyük hissəsini təşkil edən dünyanın ən dəyərli avtomobil istehsalçısının səhmləri 5 faiz ucuzlaşdığı üçün Mask da 1,9 milyard dollar itirib. Digər tərəfdən, Arnonun sərvəti isə 2 milyard dollar artıb və bununla da hazırda Bloomberg Milyarderlər İndeksinə görə, Mask və Arnonun xalis sərvətləri müvafiq olaraq 184 milyard və 186 milyard dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

“Bloomberg”dən bir qədər fərqli metodologiyadan istifadə edən “Forbes” nəşri isə Arnonun xalis sərvətini 205 milyard dollar, Maskın sərvətini isə 194 milyard dollar qiymətləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram