Tamara Mustafayeva, Banco.az
Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask rəsmi Twitter səhifəsində yazdığı tvitlərlə kriptovalyuta bazarında kəskin qiymət dinamikası yaratmağa davam edir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bir müddət əvvəl İlon Mask "Dogecoin insanların kriptovalyutasıdır" deyə tvit yazmışdı. Bundan sonra kriptovalyuta saytı olan "Coindesk"də Dogecoin 67,99% artaraq 0.054496 dollara yüksəlmişdi. Mask dünən də sözügedən kriptovalyutaların satılmasını dəstəkləyən tvit yazaraq Dogecoin kriptovalyutasının 20% dəyər itirməsinə səbəb olub.
Dogecoin kriptovalyutası üzrə yığımların artdığını vurğulayan Mask, "Böyük Dogecoin sərmayəçiləri kriptovalyutalarının əksər hissəsini satışa çıxararsa, onları dəstələyəcəyəm. Məncə bu kriptovalyutanın əsas problemi həddindən artıq yığım olmasıdır", deyə bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!