Müəllif - Aida İsaq, Banco.az
Amerikalı sahibkar, “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin rəhbəri İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib.
Banco.az xəbər verir ki, İlon Maskın sərvəti hazırda 187,9 milyard dollar qiymətləndirilir. Məlumata görə, onun kapitalı investorların “Tesla”nın gəlirlərinin gözləniləndən az olacağı ilə bağlı narahatlığı fonunda azalıb. Şirkətin səhmləri həftə ərzində 10,8% ucuzlaşıb. Buna səbəb elektriklə işləyən avtomobillərinin çoxunun anbarlarda yığılıb qalması ilə bağlı məlumatın şirkətin rüblük hesabatında qeyd olunması olub.
Bizi sosial şəbəkələrdən izləyin!!