İlon Mask bir gündə 15 milyard dollar itirdi | Banco.az

İlon Mask bir gündə 15 milyard dollar itirdi

Tamara Mustafayeva, Banco.az

Tesla və SpaceX şirkətlərinin CEO-su İlon Mask bazar ertəsi günü Tesla səhmlərinin kəskin ucuzlaşmasından sonra 15.2 milyard dollar itirməklə dünyanın ən varlıları siyahısı üzrə birinciliyi yenidən Ceff Bezosa təhvil verməli olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sentyabr ayından bəri ən böyük dəyər itkisini yaşayan Tesla şirkəti bir müddət əvvəl 1.5 milyard dollarlıq bitkoin satın almışdı. Analitiklərin fikrinə görə, şirkətin səhmlərinin kəskin ucuzlaşmasındakı əsas səbəb Maskın həftəsonu Bitkoin və Ethereum kriptovalyutalarının dəyərlərindən yüksək olduğunu söyləməsi olub.

Qeyd edək ki, Mask bazar ertəsi günü rəsmi Twitter səhifəsindən açıqlama edərək şirkətin Model Y SUV avtomobilinin təxirə salındığını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et