İlon Mask bəzi ölkələrin dollardan ehtiyat valyuta kimi imtina etməsindən danışıb | Banco.az

İlon Mask bəzi ölkələrin dollardan ehtiyat valyuta kimi imtina etməsindən danışıb

Bir sıra ölkələr dollardan ehtiyat valyuta kimi imtina etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, müvafiq fikirləri bildirən sahibkar və milyarder İlon Mask buna səbəb olaraq ABŞ-ın həyata keçirdiyi sərt siyasətini göstərib.

Daha öncə “Bloomberg” gələcəkdə dolların təsirinin zəifləməsinin bütün dünya üçün faydalı ola biləcəyini bildirib. Belə ki, məlumatda qeyd olunur ki, dolların dünyanın ehtiyat valyutası statusunu itirməməsinə baxmayaraq, Şərqi Avropa və Cənubi Amerikada enerji idxal edən ölkələrdə vəziyyət daha ürəkaçan olmağa başlaya bilər.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Jeannette Yellen Rusiya və Çin üçün dollara alternativ yaratmağın çətin olacağını vurğulamışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et