İlon Mask bəşəriyyətin əsas problemlərindən danışdı | Banco.az

İlon Mask bəşəriyyətin əsas problemlərindən danışdı

ABŞ-ın elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla”nın və “SpaceX”in rəhbəri İlon Mask bəşəriyyətin əsas problemlərindən danışıb.

Bu haqda “Business Insider” nəşri yazıb.

Onun sözlərinə görə, 30 ildən sonra əsl problem qocalma və əhalinin azalması olacaq.

O, qeyd edib ki, demoqrafik situasiya tərs piramidaya bənzəyəcək. Bir sıra yerdə qocalar çalışacaq, gənclərin payı isə daha az olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Mask bildirib ki, bəşəriyyəti insanların çoxluğu problemi hədələmir, çünki insanların artım tempi olduqca aşağıdır.

Xatırlatmaq yerinə düşər ki, iyunun 9-da Britaniyanın marketinq agentliyi “Blueclaw” insan sivilizasiyası üçün əsas təhlükələrin siyahısını tərtib etmişdi.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et