Tamara Mustafayeva, Banco.az
"Dünyanın ən varlı insanları" siyahısının ikinci pilləsində qərarlaşan Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask bu ikinciliyi əldən verib. Gənc milyarderin yerinə isə Louis Vuitton, TiffanyCo, Christian Dior və Fendi kimi dünyaca məşhur markaların sahibi LVMH şirkətinin Baş Direktoru Bernard Arnault keçib. Arnaultun sərvəti 176.3 milyard dollar təşkil edir.
Məlum olduğu kimi, pandemiya səbəbindən "Dünyanın ən varlı insanları" siyahısı da tez-tez dəyişikliklərə məruz qalır. Son dövrlərdə başda Bitkoin investisiyaları və təsisçisi olduğu şirkət vasitəsilə gəlirlərini əsaslı ölçüdə artıran İlon Mask bir neçə gün əvvəl "dünyanın ikinci ən varlı insanı" ünvanını itirib.
Səriştəli iş adamı Arnauld isə son dövrlərdə satışların artması ilə gəlirlərini artıraraq ümumi sərvətini 176.3 milyard dollara çatdırmağa müvəffəq olub. Maskın isə sərvəti hazırda 174.6 milyard dollar təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!