İlon Mask 5 milyard dollarlıq "Tesla" səhmlərini satdı | Banco.az

İlon Mask 5 milyard dollarlıq "Tesla" səhmlərini satdı

Tamara Mustafayeva, Banco.az

İlon Mask 2016-cı ildən sonra ilk dəfə "Tesla" səhmi satıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, elektromobil istehsalçısı "Tesla" şirkətinin CEO-su İlon Mask 5 milyard dollar dəyərində səhm satışı həyata keçirib.

Dünənki məqalələrimizdən birində xəbər verdiyimiz kimi, tanınmış iş adamı həftə sonu rəsmi "Twitter" səhifəsində anket sorğusu keçirərək insanlara "Tesla" səhmlərinin müəyyən bir hissəsini satıb-satmamalı olduğuna dair sual ünvanlamışdı. Nəticədə "BƏLİ" cavabı ilə qarşılaşan Mask anket sorğusundan qısa müddət sonra şirkət səhmlərinin 10%-ni satdığını elan edib.

Qeyd edək ki, hazırda dünyanın ən varlı insanı olan İlon Maskın 2016-cı ildən sonra reallaşdırdığı ilk səhm satışı təqribən 3,6 milyon ədəd "Tesla" səhmini ehtiva edir ki, bu səhmlərin ümumi dəyəri təqribən 4 milyard dollar hesablanıb. Bununla yanaşı, o, həmçinin 2,2 milyon ədəd hissə alışı üçün seçimləri sınaqdan keçirmək məqsədilə növbəti 934 ədəd səhmi də satıb ki, bunların da ümumi dəyəri 1.1 milyard dollar təşkil edir. Beləliklə də, milyarder iş adamı ümumilikdə 5 milyard dollar səhm satışı həyata keçirib.

Xatırladaq ki, satılan 4,5 milyon ədəd səhm Maskın "Tesla"dakı ümumi səhmlərinin sadəcə 3%-nə təsadüf edir ki, elektromobil istehsalçısı şirkətdəki səhmləri də, öz növbəsində onun "Forbes" göstəricilərinə görə, 281.6 milyard dollar hesablanan şəxsi sərvətinin böyük hissəsini təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram