Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Maskın şəxsi təyyarəsi Pekində yerə enib.
Banco.az xəbər verir ki, bu, tanınmış amerikalı milyarder İlon Maskın ötən ildən sonra Çinə ilk səfəridir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə axşamı Pekində etdiyi açıqlamalar zamanı qeyd edib ki, ölkəsi Çini Çini daha yaxşı başa düşmək və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün Mask və digər biznes liderlərini məmnuniyyətlə qəbul edir.
Qeyd edək ki, Maskın Çinin yüksək səviyyəli rəsmiləri, o cümlədən Baş nazir Li Qianq ilə görüşü və həmçinin “Tesla” Şanxay fabrikinə baş çəkəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!