İllik 15,5% ilə nağd pul kreditini Sağlıqla xərcləyin! | Banco.az

İllik 15,5% ilə nağd pul kreditini Sağlıqla xərcləyin!

İstər biznes krediti, istər nağd pul kreditini Expressbank-da əldə etmək daha rahatdır! Xüsusi ilə nəzərə alsaq ki, Expressbank hər iki istiqamətdə mütəmadi olaraq xüsusi təklifləri ilə daima seçilir.

Expessbankdan yeni – “Sağlıqla xərcləyin” kampaniyası  rəsmi iş yeri olan bütün müştərilər üçün göydəndüşmə təklif olacaq! Kampaniya çərçivəsində fevralın 17-dən martın 19-dək bütün müştərilər kreditin müddəti, məbləği, əmək haqqından asılı olmayaraq 30 000 AZN-dək nağd pul kreditini illik 15,5% ilə əldə edəcək. İllik cəmi 15,5% ilə!  Bu qədər sərfəli faizlə ayrılan nağd pul krediti üzrə 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə aylıq kredit ödənişlərini daha da rahat nizamlamağa imkan verəcək.

İş günləri banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10:00-dan 15:00-dək Bakıda Nəsimi və Əhmədli filiallarına, digər şəhərlərdə yaşayan müştərilərimiz isə Sumqayıt, Gəncə, Bərdə və Mingəçevir filiallarımıza yaxınlaşa bilərlər. Müştərilərin rahatlığı üçün onlayn müraciət imkanı da mövcuddur. Belə ki, nağd pul kreditini üzrə müraciət etmək üçün https://www.exb.az/loans/cash/ linkində sifariş formasını doldurmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə Expressbank biznesin genişləndirilməsi istiqamətində kiçik və orta sahibkarlar, həmçinin iri biznes sahibləri üçün də müxtəlif şərtlərlə sərfəli məhsullar təklif edir. Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et