İlleqal intervü suallarından xəbərdarsınız? | Banco.az

İlleqal intervü suallarından xəbərdarsınız?

Yəqin ki, əksəriyyətiniz intervü zamanı sual atəşinə tutulmusunuz. Intervü götürən şəxslər namizədlər barəsində hər şeyi bilmək istəyirlər. Bu səbəbdən bəzən zərərsiz görünən amma əslində qanunsuz olan suallar verə bilərlər.

CareerBuilderin əməkdaşı Harris Pollun rəhbərliyi ilə ABŞ-da 2192nəfər  HR menecer arasında aparılan araşdırmada məlum olub ki, onların 20%-dən çoxu namizədlərə qanunla müəyyən olunmamış suallar verirlər. Təəccüblüsü ondadır ki, bu 2200 nəfərə həmin sualların siyahısını göstərdikdə, onların 33%-i bu sualları heç də qanunsuz hesab etməyiblər.

Intervyu prosesinə, eləcə də verilən suallara hüquqi yanaşma ölkədən ölkəyə fərqlənir. Bəzi ölkələrdə, bu suallar qanunla tənzimlənir və müəyyən sualların verilməsi, vətəndaşın hüquq pozuntusu kimi qiymətləndirilərək, onların namizədə ünvanlanmasına icazə verilmir.

Adelson Qanunun yaradıcısı, əmək və məşğulluq üzrə ekspert, HR məsləhətçisi Lori Adelson tərəfindən tərtib olunan sualları diqqətinizə çatdırırq. Əgər siz də nəvaxtsa belə suallarla qarşılaşsanız, onları cavablandırmaqdan imtina edə bilərsiniz.

Əvvəllər həbs olunmusunuz? Məhkumluq həyatı sizin işə qəbul olunmanızı tam məhdudlaşdıra bilməz. Yəni törətdiyiniz cinayətin məsuliyyəti müraciət etdiyiniz vakansiyaya görə dəyişir. Əgər siz zorlama faktı ilə cinayət işinə cəlb olunmusunuzsa təbii ki, gedib məktəbdə müəllim işləyə bilməzsiniz.

Evlisiniz? Bu sualı xüsusilə ABŞ-ın əksər ştatlarında vermək qadağandır. Çünki sual sizin cinsi orientasiyanızı ifşa edə bilər. Qanunvericilikdə isə orientasiya ayrı-seçkiliyi qanuna zidd hesab olunur. Yəni bu səbəbə görə işə götürülməmək qanunla qadağandır.

Hansı dini bayramları qeyd edirsiniz? Işə götürən bu sualı həyat tərzinizin iş qrafikinə mane olub-olmayacağını öyrənmək üçün soruşa bilər. Lakin sual avtomatik olaraq sizin dini mənsubiyyətinizi ortaya qoyduğundan illeqal hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Uşaqlarınız var? Namizədin övladlarının olması və ya gələcəkdə uşaq planlaşdırması, heç də onun işinə şübhə ilə yanaşmağa əsas vermir. Bu sualın əvəzində işə götürən “Hansı saatlarda işləyə bilərsiniz?” və ya “Şəxsi öhdəlikləriniz, nizam-intizam qaydalarına və ya vəzifə məsuliyyətinizə mane olacaqmı?” və s. sualalrı vrə bilər.

Hansı millətin nümayəndəsiniz? Əgər sizdə ləhcə və ya aksent hiss olunursa, HR menecerin bu sualı verməsi ilk başdan adi görünə bilər. Lakin milli mənsubiyyətə görə ayrı-seçkilik qanunla yol verilməzdir. 

Hər hansı borcunuz var? Işəgötürənin kredit çeki açmaq üçün icazəsi olmalıdır. Lakin bu sualı da kriminal bakqraund sualında olduğu kimi, vermək düzgün deyil. Təbii ki, əgər borcunuz vəzifə öhdəliklərinizə mane olmayacaqsa. Həmçinin intervyu zamanı namizədin maliyyə vəziyyəti ilə bağlı suallar da qeyri-qanuni heesab olunur.

Alkoqoldan istifadə edirsiniz? ABŞ-da 1990-cı il Əlillik aktına əsasən bu sualı vermək qadağandır. Çünki, əgər bir şəxs alkoqolizmlə müalicə üçün spirtli məhlullar vasitəsilə müalicə alırsa, bu amil  vəzifəyə qəbul üçün problem yarada bilməz.

Həmçini bu siyahını aşağıdakı suallarla da davam etdirmək olar:

  • Neçə müddətdir ki, işləyirsiniz?
  • Hərbi xidmətdən azadsınız?
  • Siyası mövqeyiniz hansıdır?
  • Hansı irqin və ya etnik qrupun daşıyıcısınız? Doğma dliniz hansıdır?
  • Hamiləsiniz?