İlk sığorta şirkəti "Asan İmza"- ya qoşuldu | Banco.az

İlk sığorta şirkəti "Asan İmza"- ya qoşuldu

“PAŞA Həyat Sığorta” şirkəti müştəri məmnuniyyətini əsas götürürərk sığorta şirkətləri sırasında ilk olaraq “Asan İmza” - mobil elektron imza xidmətinin tətbiqinə başlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, mövcud analoji e-xidmətlə yanaşı, fiziki və korporativ müştərilər yeni mobil elektron imza xidmətindən istifadə etməklə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə rahat və təhlükəsiz şəkildə yeni sığorta şəhadətnamələri əldə edə, həmçinin mövcud müqavilələri yenilənməsinə dair əməliyyatlar apara bilərlər.

“Asan İmza” mobil elektron imza xidmətindən istifadə etmək üçün “PAŞA Həyat”ın rəsmi veb səhifəsində (www.pasha-life.az) elektron xidmətlər bölməsinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, “Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az
“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az