“Qanunvericilik layihəsi qəbul olunarsa, gələn il özəl kredit bürosunun yaradılması tam realdır”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov məlumat verib.
AMB rəsmisi bildirib ki, bunun üçün bütün baza yaradılıb.
“Kredit bürosu ilə əlaqədar Mərkəzi Bank fərdi məlumat haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb və müvafiq orqanlara təqdim edilib. Yaxın müddətdə layihə Milli Məclisə göndərilib və qəbul olunsa, özəl kredit bürosunun yaradılmazı üçün imkan var”, - deyə R. Orucov bildirib.
Baş direktor qeyd edib ki, banklar özəl kredit bürolarının yaradılmasında maraqlıdırlar.