İlk görüntülər gəldi: Jeep-in yeni elektrikli modeli belə görünəcək | Banco.az

İlk görüntülər gəldi: Jeep-in yeni elektrikli modeli belə görünəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Kütləvi istehsala addım-addım yaxınlaşan "Jeep" "Wagoneer S" modelini  satışa çıxaracaq.

Banco.az xəbər verir ki, "Jeep", yeni elektrikli modeli haqqında yeni məlumat və şəkillər paylaşıb.

Müxtəlif versiyalarda üstünlük verilə bilən elektrik yolsuzluq avtomobilinin top versiyası 447 kVt (600 at gücü) maksimum güclə 0-dan 100 km/saat sürəti cəmi 3,5 saniyəyə yığa biləcək.

Jeep Wagooner S nə təklif edəcək?

"Wagoneer S" modelinin ön konsolunda 4 fərqli ekran var. Məlumata görə, naviqasiya kimi məlumatlar sürücünün qarşısındakı ekranda əks oluna bilir.

Ortadakı ekran bir qədər köhnə görünüşlü qrafika ilə daxili dizaynı göstərsə də, aşağıda yerləşən kiçik ölçülü kondisioner ekranı ilə davam edir. Sonuncu ekran sərnişinin qarşısında multimedia ekranı kimi xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Selec-Terrain sistemi sayəsində fərqli sürüş rejimləri təqdim edəcək avtomobilin təxminən 600 at gücünə sahib olacağı gözlənilir.

İstehsalçı tərəfindən yayımlanan tizer videosunda Wagoneer S-nin 0-60 mph (96 km/saat) sürətini 3,5 saniyəyə yığacağı bildirilir.

Bu xüsusiyyətləri ilə "dünyanın ən sürətli SUV modelləri" arasında olması gözlənilən vasitə gələn payızda müştərilərə təqdim ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram