İlk elektromobilini satışa çıxaran "Xiaomi"nin səhmləri bahalaşıb | Banco.az

İlk elektromobilini satışa çıxaran "Xiaomi"nin səhmləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin smartfon istehsalçısı “Xiaomi”nin səhmləri ilk ticarət günündə 16 faizə qədər bahalaşıb.

Banco.az xəbər verir ki, “Xiaomi”nin səhmləri Pasxa bayramından sonra ilk ticarət günündə bahalaşaraq 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.

Şirkət səhmlərinin bahalaşmasında ötən həftə ilk elektromobil modeli SU7-nin təqdim edilməsi böyük rol oynayıb.

Xatırladaq ki, “Xiaomi”nin baş direktoru və təsisçisi Lei Jun ötən cümə günü iki saat davam edən tədbirdə standart SU7 elektrik avtomobili modeli 215 900 yuan (29 872,02 dollar), Pro və Maksimum versiyalarının isə müvafiq olaraq 245 900 yuan və 299 900 yuan qiymətinə satılacağını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, cümə günü Pekin vaxtı ilə (GMT+8) ilk 27 dəqiqədə 50 min sifarişin alındığı da bildirilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et