İlk dəfə qadın Avropa Mərkəzi Bankına sədr gətirilir | Banco.az

İlk dəfə qadın Avropa Mərkəzi Bankına sədr gətirilir

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Avropa Mərkəzi Bankına (AMB) sədr gətirilir.

Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, Avropa Mərkəzi Bankının (AMB) "sükanı" arxasına keçməyə hazırlaşır. Beləliklə, ilk dəfə bir qadın sədr əlavə təşviqlərə ehtiyacı olan Avro Bölgəsinin pul siyasətini idarə edəcək.

Laqard, 31 Oktyabrda 8 illik vəzifə müddəti başa çatacaq AMB sədri Mario Draghinin yerinə namizəd göstərilib. Avropalı liderlər Çərşənbə axşamı günü Brüsseldə keçirdikləri toplantıda 63 yaşlı Kristin Laqardı namizəd göstəriblər. Laqard hüquq müdafiəçisi və Fransanın maliyyə naziri vəzifəsində də işləyib.

Ən sərfəli kredit üçün müraciət et

Laqard etdiyi açıqlamada, "namizəd göstərilməkdən şərəf duyduğunu"  bildirib.

Almaniya Kansleri Angela Merkel, "Laqard, BVF-də əldə etdiyi mübahisəsiz liderlik roluna görə seçilib və bunu bacarıbsa AMB-ni də idarə edəcəyini hesab edirəm" - deyib. Fransa Prezidenti Emmanuel Macron isə, "Laqard AMB üçün keyfiyyətlərə malikdir. Bazarlarda etibarı var",- deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et