İlk dəfə dünya smartfon bazarının həcmi aşağı düşmüşdür | Banco.az

İlk dəfə dünya smartfon bazarının həcmi aşağı düşmüşdür

2018-ci ilin fevralın əvvəlində İDC analitik şirkəti 2017-ci ildə dünya smartfon bazarının nəticələri haqqında məlumat vermişdir. Aparatların göndərilməsi yalnız 0,1% aşağı düşmüşdür(istehsalçılar bazarlara 1,472 milyard qurğugöndərmişlər, 2016-cı ildə isə bu 1,473 milyard qurğu təşkil etmişdir). Belə ki, illik ifadədəki bu eniş İDC-nin bazara nəzarət etdiyi tarix ərzində ilk dəfə müşahidə edilmişdir.

İDC-nin baş analitiki Jiteş Ubrani(Jitesh Ubrani) nəticələri şərh edərkən qeyd etmişdir ki, 2017-ci ildə bir çox alıcılar yeni ultrabahalı yüksəksinifli smartfonlardan fərqli olaraq əvvəlki nəsillərdən olan flaqman modelləri daha üstün variant hesab etmişlər.

Bundan əlavə mütəxəssis bazarın aparıcı oyunçularının məhsul çeşidinin genişləndirilməsi cəhdinə diqqət yetirmiş və bununlada vendorların mümkün qədər daha çox qiymət seqmentini əhatə etmək və auditoriyanın artırılmasını nəzərdə tutduqlarını bildirmişdir. Belə bir vəziyyət xüsusilə daha az nəhəng istehsalçıların payına düşür. Belə ki, onlar bahalı olmayan qurğular kateqoriyasında Çin brendləri Honor, Vovo, Xiaomi və Oppo tərəfindən inanılmaz rəqabət təzyiqini hiss edirlər. Buna baxmayaraq premium səviyyəli smartfon seqmentində hələ də Apple, Samsung və Huawei hökmranlıq edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bu sahədəki güc balansını xarakterizə edərək analitiklər bildirmişlər ki, 2017-ci ilin yekun rübündə Cənubi Koreya nəhənginin “Apple”ə uduzmağına baxmayaraq dünya smartfon bazarının lideri Samsung qalmışdır. Bütün il ərzindəki nəticələrə görə Samsung 317,3 milyon gurğu buraxmışdır. 2016-cı ildəki 311,4 milyon aparat göstəricisi ilə müqayisədə istehsal həcmini bu il 1,9% artırmışdır. Samsungun bazardakı payı 21,6% təşkil edir.

Apple şirkətinin il ərzində bazarlara göndərdiyi iPhone smarfonlarının həcmi 0,2% artaraq 215,8 milyon ədəd təşkil etmişdir. Nəzərə alaq ki, amerikan korporasiyası bazarın 14,7%-inə nəzarət edir.

Liderlər üçlüyünü Huawei tamamlayır. Şirkət istehsal həcmini 9,9% artıraraq dünya bazarlarına 153,1 milyon ədəd smartfon göndərmişdir. Onun bazardakı payı 10,4% təşkil edir.

Çin şirkətləri Oppo və Xiaomi ilk beşliyə daxil ola bilmişlər. Belə ki, onlar il ərzində bazarlara 111,8 və 92,4 milyon smartfon göndərmişlər və bununlada bazardakı payları uyğun olaraq 7,6% və 6,3% təşkil etmişdir.

digitalazerbaijan.az